"Ukrayna Qərbin hazırkı dəstəyi ilə öz nəzarətində qalan əraziləri saxlamağı bacararsa, bunu uğur hesab edə bilər".
Teleqraf.com xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel Vaşinqtondakı "American Enterprise" institutunda çıxışı zamanı deyib.
"İnanıram ki, əgər Ukrayna bütün köməyimizlə qalan ərazilərini nəzarətdə saxlaya bilsə, bu, artıq uğur sayıla bilər", - Çexiya lideri qeyd edib.
Onun fikrincə, yaxın gələcəkdə təmas xəttində heç bir dönüş olmayacaq.