Meta" şirkəti ABŞ-nin keçmiş prezidenti Donald Trampın "Facebook" və "Instagram" sosial şəbəkələrindən istifadəsinə qoyulan məhdudiyyətləri tezliklə aradan qaldırmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın "Axios" internet portalı xəbər verib.
Şirkət nümayəndələri jurnalistlərə bildiriblər ki, onlar ABŞ-də keçiriləcək prezident seçkilərində namizədlər üçün bərabər imkanların təmin edilməsi üçün bunu etmək niyyətindədirlər.