13 İyul 20:39
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uels şahzadəsi Keyt Middlton iyulun 14-də kişi tennisçilər arasında keçiriləcək “Uimbldon” turnirinin final oyunlarında iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Kensinqton Sarayı məlumat yayıb.

Şahzadə turnirin qalibinə “Uimbldon” kubokunu təqdim edəcək.

Bununla da bu ilin əvvəlində qarın nahiyəsindən əməliyyat olan və daha sonra xərçəng diaqnozu qoyulan K.Middlton xəstəliyindən bu yana ikinci dəfə ictimaiyyət qarşısına çıxacaq.

O, ötən ay Kral Çarlzın rəsmi ad günü mərasimində iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər