14 İyul 00:40
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna ilə bağlı addımları müzakirə edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə ölkənin Ukrayna ilə həmsərhəd olan cənub rayonlarından birinə səfəri zamanı hərbi təhlükəsizliyinin təmin edilməsinə dair müşavirədə bildirib.

“Düşünürəm ki, mən Putinlə bu problemləri (Ukrayna ilə bağlı - red.) yaxın gələcəkdə müzakirə edəcəyik və bundan sonra necə hərəkət edəcəyimizi düşünəcəyik”, - deyib.

Belarus prezidenti qeyd edib ki, Ukraynada xüsusən də hərbçilər arasında kifayət qədər normal insanlar var: “Ruslar danışıqlar masası arxasına oturmağa, müzakirə etməyə və razılığa gəlməyə hazırdırlar”.

Lukaşenko əmin olduğunu bildirib ki, bir çox ukraynalılar NATO üzvləri tərəfindən bir növ itələnərək döyüşür:

“Onlar təəssüf ki, son ukraynalıya qədər döyüşürlər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər