15 İyul 00:34
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelada seçki qanunları bülletendə namizədlərin şəkillərinin onu dəstəkləyən siyasi partiyaların sayına uyğun olaraq yerləşdirilməsinə icazə verir.

Teleqraf.com xəbər verir ki, bu ay keçiriləcək prezident seçkiləri üçün hazırlanan bülletenlərdə 10 namizədin 38 şəkli var.

Prezident seçkilərində 9 rəqibi ilə yarışan Maduronun bülletendə 13 şəkli yer alıb. Digər namizədlərin isə iki və ya üç şəkli var.

Latın Amerikası ölkəsində səs vermək hüququ olan seçicilərin sayının təxminən 17 milyon olduğu təxmin edilir.


Müəllif: Arzu

Oxşar xəbərlər