ABŞ-nin “Forbes” nəşri 2024-cü ildə turistlər üçün ən təhlükəli şəhərlərin siyahısını dərc edib.
Teleqraf.com xəbər verir ki, “Forbes”-in araşdırması cinayət indeksi, şəxsi təhlükəsizlik, sağlamlıq, infrastruktur, təbii fəlakətlər və rəqəmsal təhlükəsizlik daxil olmaqla yeddi risk kateqoriyasını əhatə edib.
İlk üçlükdə Venesuela, Pakistan və Myanmarda yerləşən şəhərlər qərarlaşıblar.
Turistlər üçün ən təhlükəli hesab olunan 10 şəhəri təqdim edirik:
- Karakas (Venesuela);
- Kəraçi (Pakistan);
- Yanqon (Myanmar);
- Laqos (Nigeriya);
- Manila (Filippin);
- Dəkkə (Banqladeş);
- Boqota (Kolumbiya);
- Qahirə (Misir);
- Mexiko (Meksika);
- Kito (Ekvador).