18 İyul 21:05
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeşdə tələbə etirazları zamanı ölənlərin sayı 16 nəfərə çatıb, 500-dən çox insan yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Etirazçılar ümummilli tətil elan edərək yalnız xəstəxanalar və təcili yardım xidmətlərinin fəaliyyətini davam etdirə biləcəklərinə dair xəbərdarlıq ediblər.

Tələbələr kvotaların tətbiqinə etiraz edərək, bu addımın ayrı-seçkilik olduğunu hesab edirlər.

Qeyd edək ki, iyulun 18-də paytaxt Dəkkədə polis ictimai asayişi qoruyarkən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib, hökumət isə nümayişləri yatırmaq üçün mobil internet şəbəkələrinin bağlanmasına göstəriş verib. Paytaxtın səmasında hərbi helikopterlər dövrə vurur, küçələrə zirehli texnikalar çıxarılıb.

Banqladeşin Baş nazir Şeyx Hasina xalqa müraciət edərək, kvota sistemində islahat tələb edən tələbələrin Banqladeş Ali Məhkəməsinin qərarından məyus olmayacaqlarını söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər