18 İyul 21:26
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Qərblə əməkdaşlıq edərək öz təhlükəsizliyini riskə atır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Ermənistanda NATO ilə qarşılıqlı əlaqəni artırmağa üstünlük verirlər - təbii ki, bu, qəribə hadisədir. Onlar Vaşinqtonda keçirilən alyans sammitində iştirak ediblər, birgə hərbi manevrlər keçiriblər. Bunun bariz nümunəsi kimi ölkə ərazisində keçirilən "Eagle Partner 2024" birgə ABŞ-Ermənistan təlimlərini misal çəkmək olar. Bu təkcə təəssüf deyil, həm də Ermənistanın gələcəyi üçün narahatlıq doğurur, çünki AB və ABŞ bir çox ölkələrlə belə maxinasiyaları dəfələrlə edib. Bunun necə bitdiyini çox yaxşı bilirsiniz: Onlardan istifadə olunur, sonra gərəksiz kimi atılırlar”, - deyə Zaxarova bildirib.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər