19 İyul 12:33
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadakı müharibə 10 il uzana bilər. NATO müttəfiqləri buna hazır olmalıdırlar.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Biz Ukraynanı nə qədər güclü dəstəkləsək, uzun müddət onu dəstəkləməyə hazır olsaq, müharibə bir o qədər tez bitə bilər. Uzun zaman burada olacağımızı, Ukraynaya uzun müddət kömək etməkdə qərarlı mövqeyimizi çox aydın şəkildə başa düşsək, o zaman Ukraynanın suveren, müstəqil dövlət kimi qorunmasını təmin edən münaqişənin həllinə şərait yaradacağıq", - Stoltenberq vurğulayıb.

Stoltenberq Avropanı Ukraynaya hərbi yardım üçün vəsaiti artırmağa çağırıb.

O, Donald Trampın ABŞ seçkilərində qalib gəldikdən sonra Ukraynaya ayrılan maliyyəni ya kəsəcəyi, ya da tamamilə dayandıracağı ilə bağlı narahatlığını da xatırladıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər