ABŞ dövlət katibi Antoni Blinken gələn həftə Laosda Çinin xarici işlər naziri Vanq Yi ilə görüşmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Blinken Aspen İnstitutunun illik təhlükəsizlik forumunda çıxışı zamanı bildirib.
Blinken çinli həmkarı ilə tez-tez təmasda olub-olmaması ilə bağlı suala belə cavab verib: "Onunla müntəzəm danışıram. Gələn həftə Laosda görüşəcəm".
“Bizim razılaşa bilmədiyimiz məsələlərlə bağlı ünsiyyəti davam etdirməyimiz vacibdir”, - ABŞ dövlət katibi deyib.
Qeyd edək ki, iyulun 26-27-də Laosda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici siyasət idarələri rəhbərlərinin növbəti iclası keçiriləcək.