Rusiya ordusunun Ukrayna ərazisindəki durumu ciddi şəkildə dəyişəcək, çünki SSRİ dövründən qalma texnika ehtiyatları tükənir.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi şərhçi Aleksandr Kovalenko deyib.
Onun sözlərinə görə, demək olar ki, rusların Ukrayna ərazisindəki bütün anbarları dağıdılıb və Rusiya özünün aqressiv hücumunu texniki komponentlə tam dəstəkləyə bilməyəcəyi kritik bir məqama daxil olur.
"Rusiyanın qarşıdakı altı aydakı hücumunun xarakteri kifayət qədər əhəmiyyətli dərəcədə dəyişəcək. Çünki mexanikləşdirilmiş potensialı kifayət qədər məhdudlaşıb. Hər gün mexanikləşdirilmiş komponentdən səmərəli istifadə imkanları getdikcə azalır. Amma onların tükənməz insan resursları var”, – analitik bildirib.
Kovalenkonun fikrincə, mexanikləşdirilmiş komponentin olmaması səbəbindən rusların hərbi əməliyyatlarının intensivliyi dəyişəcək:
"Bundan sonra tam, yüksək keyfiyyətli hücum əməliyyatları keçirə bilməyəcəklər. Növbəti mərhələ müdafiə əməliyyatlarının aparılmasının mümkünsüzlüyüdür".