ABŞ Demokrat Partiyasının getdikcə daha çox nümayəndəsi vitse-prezident Kamala Harrisi qarşıdan gələn prezident seçkilərində Ağ Evin sahibi Co Baydenə yeganə mümkün alternativ kimi görür.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nəşr qeyd edir ki, Baydenin yerinə namizədin dəqiq necə seçiləcəyi hazırda məlum deyil. Bir çox demokratlar Harrisin istənilən məhkəmədə qalib gəlmə ehtimalının daha yüksək olduğunu deyir.