21 İyul 01:55
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstan Yanğınsöndürmə Briqadası məlumat verib.

Havadan və qurudan edilən müdaxilə nəticəsində yanğın ocaqlarından 31-i nəzarətə götürülüb, 14 meşə yanğınının söndürülməsi istiqamətində işlər davam etdirilir.

İyulun 18-də Velos bölgəsində baş verən meşə yanğını ilə əlaqədar 72 yaşlı bir şəxsin həbs edildiyi bildirilib. O, törətdiyi əməli etiraf edib və həmin şəxsə 37 ay həbs cəzası verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər