Səudiyyə Ərəbistanı Yəmənin Hudeydə limanına hücumda iştirak etməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin nümayəndəsi Turki əl-Maliki X sosial şəbəkəsində məlumat verib.
"Krallığın Hudeydəyə hücumla heç bir əlaqəsi yoxdur və bu hücumda iştirak etməyib" - deyə sosial şəbəkədə yazıb.
O, krallığın heç bir tərəfin öz hava məkanına daxil olmasına icazə verməyəcəyini vurğulayıb.