21 İyul 08:40
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Baş katibi Antonio Quterreş İsrail Hərbi Hava Qüvvələrinin Yəmənin Hudeyda şəhərinə endirdiyi zərbədən son dərəcə narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin ofisinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Baş katib Yəmənin Hudeyda limanını və onun ətraf ərazilərini hədəf alan hava hücumları ilə bağlı xəbərlərdən son dərəcə narahatdır.

"İlkin məlumata görə, hücum zamanı bir neçə insan ölüb, 80-dən çox insan yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Baş katib iştirak edən bütün tərəfləri mülki şəxslərə zərər verə biləcək və ya mülki infrastruktura ziyan vura biləcək hücumlardan çəkinməyə çağırır”, - məlumatda vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər