21 İyul 11:07
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son iki ildə ABŞ Məxfi Xidmətinin rəhbərliyi Ağ Evin keçmiş rəhbəri Donald Trampın müdafiəsini gücləndirmək üçün əlavə resurslar ayırmaqdan dəfələrlə imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Washington Post" (WP) mənbələrə istinadən yazır.

"Yüksək vəzifəli məmurlar hücumdan əvvəl tədbirlərdə əlavə insanlar və avadanlıq təmin etmək üçün Trampın təhlükəsizlik qrupunun tələblərini dəfələrlə rədd etdilər."

Qəzet qeyd edir ki, imtinalara səbəb vəsait çatışmazlığı olub. Nəşrin yazdığına görə, keçmiş prezidentin mühafizəsi üçün təyin olunmuş zabitlər keçmiş prezidentin iştirak etdiyi idman tədbirlərinə və digər ictimai toplantılara gələn ziyarətçilərin yoxlanılması üçün maqnitometrlər, həmçinin əlavə işçilər tələb ediblər. Bundan əlavə, açıq havada keçirilən digər tədbirlərdə əlavə snayper dəstələri və mütəxəssislər tələb olunurdu.

Nəşrin məlumatına görə, Trampın müşavirləri xidmətin keçmiş prezidenti qorumaq üçün kifayət qədər iş görməməsindən narazılıqlarını bildiriblər.

İyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası zamanı Trampa sui-qəsd olunub.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər