22 İyul 22:05
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya vətəndaşı Riko Kriyeger Belarus məhkəməsinin ölüm cəzası hökmündən yuxarı instansiyaya şikayət etməyib.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, Minsk məhkəməsi onu bir neçə cinayət əməlində ittiham edib.

Riko Kriyeger Ukrayna Təhlükəsizlik Xidmətinə işləmək, Belarusda hakimiyyət orqanlarının qərar qəbul etməsinə təsir etmək və əhalini qorxutmaq məqsədi ilə dəmir yolunda partlayış törətməkdə günahkar bilinib.

O, həmçinin terrorçuluq, gizli fəaliyyət, qanunsuz silah saxlamaq, ekstremist qruplaşmalara qoşulmaqda və muzdlu fəaliyyətdə ittiham olunub.


Müəllif: Arzu

Oxşar xəbərlər