23 İyul 01:04
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malidə kənddə törədilən terror aktı nəticəsində 26 nəfər ölüb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, naməlum silahlı şəxslər kənddə tarla işçilərini atəşə tutub.

İlkin məlumata görə, hadisə nəticəsində 26 nəfər həyatını itirib.

Xəbərdə qeyd edilir ki, Malinin Sahel bölgəsində "3 ölkə sərhədi" kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı "Əl Qaidə" və "İŞİD"ə bağlı qrupların hücumlarına məruz qalıb.


Müəllif: Arzu

Oxşar xəbərlər