Fransa solçu “Yeni Xalq Cəbhəsi” bloku baş nazir postuna namizədini irəli sürüb.
Teleqraf.com xəbər verir ki, blok Lüsi Kastesin namizədliyini dəstəkləyib.
Kastets Paris meriyasının maliyyə departamentinin rəhbəri vəzifəsini tutur.
İyulun 23-də Fransa prezidenti Emmanuel Makron bildirib ki, o, ən azı avqustun ortalarına, Olimpiya Oyunları bitənə qədər yeni baş nazir təyin etmək və ya hökuməti dəyişmək niyyətində deyil. Onun fikrincə, hazırda baş nazirin dəyişdirilməsi və yeni hökumətin təyin edilməsi “xaos” yaradar.