Böyük miqyaslı meşə yanğınları Kanadanın qərbindəki Alberta və Britaniya Kolumbiyası əyalətlərinin minlərlə sakininin təxliyəsinə səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.
Casper şəhərinin 4,7 min sakini təxliyə barədə göstəriş alıb. Təxliyə bir neçə qocalar evinə də təsir edəcək. İtkilər barədə məlumat verilmir.
Yanğınlara güclü istilər və ildırım çaxması səbəb olub.