24 İyul 12:20
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hökumət nümayəndələrinin münaqişənin tezliklə başa çatdırılması ilə bağlı ritorikası ABŞ-dəki seçki dönəmi ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Zelenskinin səmimiyyəti barədə danışmaq nəinki gülməli, hətta bir növ təhqirdir. O, təkcə Ukrayna vətəndaşlarına xəyanət etməyib, o, bütün komandasına, yəni onu hakimiyyətə gətirən hər kəsə xəyanət etmək yolu tutub. Son illərdə Zelenskinin hakimiyyəti qorumaq və öz ağrılı ambisiyaları naminə kiməsə xəyanət etməyə hazır olduğuna dair minlərlə təsdiq var", - Zaxarova bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər