25 İyul 11:36
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağında müharibəyə son qoymağa və Ukraynada Vladimir Putini dayandırmağa çalışacam.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

"Biz Putinin Ukraynanı ələ keçirməyə cəhd edərkən onu dayandırmaq üçün qürurlu xalqların koalisiyasını toplamaqda davam edəcəyik. Qəzzada müharibəni bitirmək üçün işləməyə davam edəcəyəm. Bütün girovları evlərinə qaytarın, Yaxın Şərqə sülh və əmin-amanlıq gətirin və bu müharibəyə son verin. Prezidentlik müddətinin sonuna kimi vəzifələrimi yerinə yetirəcəm", - Bayden bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər