1 Avqust 01:26
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə Qüvvələrinin Livanın paytaxtı Beyruta hücumu nəticəsində İranın hərbi müşaviri Milad Bedi ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İran rəsmi qurumları məlumat yayıb.

Məlumatda deyilir ki, İranın hərbi müşavirlərindən Milad Bedi İsrailin Beyruta hücumu nəticəsində həlak olub.

Xatırladaq ki, iyulun 27-də İsrailin nəzarətində olan Colan təpələrindəki Məcdəl-Şəms kəndində futbol meydançasına raket zərbəsi endirilib. Zərbə 12 uşağın ölümü ilə nəticələnib.

İyulun 30-da isə İsrail ordusu Livanın paytaxtı Beyruta hücum edərək “Hizbullah” komandirini hədəfə alıb. Nəticədə təşkilatın komandiri Fuad Şükür öldürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər