1 Avqust 18:28
4 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada hicaba qadağa qoyulmasını tələb edən insanları “İslam düşmənləri” adlandırıb və qızına hicabını çıxartmağı söyləyən hər kəsi öldürəcəyini vəd edib.

Teleqraf.com xəbər verir ki, Kadırov bu barədə Çeçenistan hökumətinin iclasında bildirib. Onun çıxışının videosu Telegram kanalında yayımlanıb.

“Kim qızıma desə ki, hicabını çıxar, yerində öldürərəm, kim olursa-olsun, vuracam. O, düşməndir, mənim şəxsi düşmənimdir, İslamın düşmənidir”, - Çeçenistan rəhbəri bildirib.
Həmin an videoda Kadırovun qızı, respublika hökumətinin vitse-prezidenti Ayşat Kadırova əks olunub.

Çeçenistan rəhbəri qeyd edib ki, respublikaya müxtəlif konfessiyalardan çoxlu qonaqlar gəlir. “Biz onların geyim tərzinə qarışmırıq, onları cəzalandırmırıq, amma insanları hicab bağlamağa təşviq edirik”.

Kadırov eyni zamanda o, üzünü örtən burqa geyinməyin əleyhinə olduğunu bildirib.

Mayın sonunda Dövlət Dumasının sədr müavini Vyaçeslav Davankov təhsil təşkilatlarının dini geyim, o cümlədən üzü qismən və ya tamamilə gizlədən geyimlərə qadağanı nəzərdə tutan qanun layihəsini təqdim edib. Əsasnamədə qeyd olunub ki, təşəbbüs “təhsilin dünyəvi mahiyyətinin gücləndirilməsi”nə yönəlib.

Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delixanov qanun layihəsini tənqid edib. O, Çeçenistan hakimiyyətinin üzünü örtən niqab taxmağı “təsdiq etməyəcəyini”, hicabın müsəlman qadının dini borcu olduğunu vurğulayıb. Davankov qeyd edib ki, insanların adət-ənənələrə sadiq olduğu milli respublikalarda belə məhdudiyyətlərə ehtiyac yoxdur.

İyun ayında Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin “islamçılar” tərəfindən həyata keçirilən son terror aktları ilə əlaqədar Rusiyada niqab taxmağı “təcili” qadağan etməyə çağırıb. Bundan sonra Dağıstan və Qaraçay-Çərkəz müftiləri öz bölgələrində niqab taxmağa müvəqqəti qadağa qoyublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər