20 Avqust 17:16
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən yaşlı insanı Mariya Branyas Morera 117 yaşında vəfat edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, O, 2023-cü ilin yanvarında Ginnesin Rekordlar Kitabının versiyasına görə dünyanın ən yaşlı insanı elan edilib.

Morera son 20 il ərzində İspaniyada qocalar evində yaşayıb.

O, 1907-ci ilin martında Kaliforniyada dünyaya gəlib, 8 yaşı olarkən ailəsi ilə birlikdə İspaniyaya köçüb.

İspaniyada həkimlə ailə quran Mariyanın 3 övladı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər