Xərçəng xəstəsi olan Böyük Britaniya kralı III Çarlzın vəziyyətində müsbət dəyişiklik var.
Teleqraf.com xəbər verir ki, bu barədə PA Media agentliyi saraydakı mənbəyə istinadən məlumat verib.
Məlumata görə, kralın səhhəti yaxşılaşır. Bildirilir ki, kral xəstəliyinə baxmayaraq ictimai vəzifələrini maksimum dərəcədə yerinə yetirməyə çalışır.
Qeyd edək ki, onun taxta çıxmasının ildönümü sentyabrın 8-də olacaq. Mənbənin sözlərinə görə, həmin günü kral kilsədə dua etməklə keçirməyi planlaşdırır.