Avropa gizli şəkildə Rusiya Federasiyası ilə ticarəti davam etdirir.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
"Anti-Rusiya sanksiyaları ona görə nəticə vermir ki, Avropa İttifaqı şirkətlərinin əhəmiyyətli hissəsi Rusiya ilə iqtisadi sahədə əməkdaşlığı davam etdirir. Vurğulamaq istərdim ki, bütün Avropa Rusiya ilə ticarət edir, bəziləri bunu inkar edir, lakin bizim buna ehtiyacımız yoxdur" - nazir deyib.