Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kəmərqaya kəndində qeydə alınıb. Kənd sakini, 2009-cu il təvəllüdlü M.Paşayeva hamamda dəm qazından zəhərlənib.
15 yaşlı qıza yaşadığı evdə ilkin yardım edilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.