6 Oktyabr 19:16
1 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın 150-yə yaxın hərbi obyektinə hücum edib və cənubda sərhəd bölgələrində döyüşlər davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, gün ərzində İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanda komanda məntəqələrinə, yeraltı infrastruktura, silah anbarlarına və “Hizbullah”ın ayrı-ayrı silahlı birləşmələrinə zərbələr endirib.

“Bu zərbələr nəticəsində “Hizbullah”ın onlarla terrorçusu, o cümlədən Radvan qüvvələrinin ("Hizbullah"ın hərbi qanadının elit bölmələri – red.) sılahlıları məhv edilib”, - ordudan bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər