Türkiyənin Çanaqqala şəhərinin sahilində 4,2 maqnitudalı zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların episentri Ayvacık rayonundan 52,08 km məsafədə – Egey dənizində qeydə alınıb. Zəlzələnin ocağı 24,16 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.