Ukraynanın yeni xarici işlər naziri Andriy Sibiqa oktyabrın 21-də Türkiyəyə rəsmi səfəri edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində ukraynalı nazirin Türkiyənin XİN başçısı Hakan Fidan ilə keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Səfər iki gün davam edəcək.