ABŞ Prezidenti Co Baydenin Rusiya ərazisinin dərinliklərinə "ATACMS" raketləri ilə zərbələrinin endirilməsinə icazə verməsi qərarından sonra Amerika Rusiya ilə müharibə vəziyyətindədir.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı keçmiş kəşfiyyatçı, analitik Skott Ritter deyib.
“ABŞ indi Rusiya ilə müharibədədir. ABŞ Ukraynaya Kursk vilayətində əməliyyat planlaşdırmağa kömək etdiyi üçün Rusiya ərazisinin işğalının birbaşa iştirakçısına çevrilib", - deyə o qeyd edib.
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski də söyləyib ki, ABŞ-ın bu qərarı qaçılmaz olaraq ciddi eskalasiyaya gətirib çıxaracaq.