"Milli uyğunlaşma planları indiki məqamda heç vaxt olmadığı qədər vacibdir. Onlar həqiqətən həyati əhəmiyyət daşıyır".
Teleqraf.com xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29-da Milli Uyğunlaşma Planları (NAP) üzrə yüksək səviyyəli tədbirdə bildirib.
Onun sözlərinə görə, bu il biz hər bir hazırlıq tədbirinin, siyasətin, planın dünya üzrə milyonlarla insan üçün həyat və ölüm arasında sərhəd olduğunu gördük:
"Bir çoxları bilir ki, bu planları hazırlamaq asan deyil. Həm maliyyə, həm də digər resurslar xüsusilə həssas olan az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətlər üçün məhduddur".