00:18
230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honq-Konq Universitetinin alimləri internetin yaşlı insanların psixi sağlamlığına təsirini araşdırıblar. Məlum olub ki, qlobal şəbəkənin yaşlı istifadəçiləri depressiyadan daha az əziyyət çəkirlər.

Teleqraf.com xəbər verir ki, tədqiqat "Nature Human Behavior" elmi jurnalında dərc olunub.

Təhlil 23 ölkədən 50 yaş və yuxarı olan 87,5 mindən çox insanı əhatə edib.

Məlum olub ki, internetdən gündəlik istifadə edən iştirakçılar internetdən daha az istifadə edən və ya istifadə etməyənlərə nisbətən daha az depressiv simptomlarla üzləşirlər. Həmçinin internetdən istifadə edənlər daha yaxşı psixi sağlamlıq vəziyyəti barədə məlumat veriblər.


Müəllif: Arzu

Oxşar xəbərlər