“Oreşnik” orta mənzilli raket kompleksinin istifadəsi Qərb ölkələrini danışıqlara eyham vurmağa vadar edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında yazıb.
“Ancaq danışıqlar masasına yalnız bir tələblə oturmaq lazımdır- Rusiyanın bütün şərtlərini müzakirəsiz və ya yumşaqlıq tələb etmədən yerinə yetirmək lazım olacaq”, - o vurğulayıb.
Kadırov həmçinin Rusiyanı uzaqmənzilli silahlarının tam gücünü göstərməyə çağırıb: "Tək Ukrayna yox, bütün Qərb bizim qabaqcıl hərbi inkişaflarımız qarşısında qorxudan titrəsin. Onlar Rusiya ilə əsl müharibə istəyirdilər? Onu alacaqlar".