Fələstinin HƏMAS hərəkatı Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə dair orderi alqışlayıb.
Teleqraf.com xəbər verir ki, hərəkat bu barədə bəyənat yayıb.
Hərəkat həmçinin bütün dünya ölkələrini məhkəmə qərarı ilə Netanyahu və Qalantı məsuliyyətə cəlb etmək üçün BCM ilə əməkdaşlığa çağırıb.