Rusiya orta mənzilli “Oreshnik” raketini işə salmamışdan əvvəl Milli Nüvə Riskinin Azaldılması Mərkəzi vasitəsilə ABŞ-a bildiriş göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kreml nümayəndəsi bildirib ki, xəbərdarlıq buraxılışdan 30 dəqiqə əvvəl avtomatik olaraq göndərilib.