Hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri prezidenti Bidzina İvanişvili baş nazir postuna hazırkı hökumət başçısı İrakli Kobaxidzenin namizədliyini irəli sürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın icraçı katibi Mamuka Mdinaradze məlumat verib.
“Partiyamızın nizamnaməsinə görə, fəxri prezidentin baş nazirliyə namizəd irəli sürmək hüququ və səlahiyyətləri var. Bidzina İvanişvilinin İrakli Kobaxidzeni baş nazirliyə namizəd kimi təqdim etməsi o qədər də təəccüblü deyil. Əlbəttə, bu, siyasi şura tərəfindən tam dəstəkləndi”, - Mdinaradze bildirib.
Onun sözlərinə görə, qanunverici orqanın hazırkı rəhbəri Şalva Papuaşvili parlamentin spikeri vəzifəsinə namizəd olacaq.
Yeni çağırış parlamentin ilk iclası noyabrın 25-də baş tutacaq.