Bu gün Ukraynaya qarşı atılan ballistik raket Rusiyanın qəti şəkildə sülh istəmədiyinin bir daha sübutudur.
Teleqraf.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Dnepropetrovska orta mənzilli “Oreşnik” ballistik raket atmasını şərh edib.
O qeyd edib ki, dünya ölkələri bu hadisəyə zəif reaksiya verib: "Dünya buna reaksiya verməlidir. Biz reaksiya verməliyik. Rusiyanı ancaq güc yolu ilə real sülhə məcbur etmək mümkündür. Əks halda, təkcə Ukraynaya qarşı deyil, Rusiyanın sonsuz zərbələri davam edəcək, təhdidləri və sabitliyi pozulacaq".