4 Aprel 2015 10:45
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hərbi gəmisi vasitəsilə Yəmənin cənubundakı Ədən limanından 60 vətəndaşını çıxarıb.

ANS PRESS-in məlumatına görə, Çinin Hərbi Dəniz Donanmasına aid gəmi də Ədən limanından özünün 600, digər xarici ölkələrdən isə 240 vətəndaşı xilas edib.

Çin tarixdə ilk dəfə hərbi gəmilərindən xarici vətəndaşların evakuasiyası üçün istifadə edib. Çinin hərbi gəmiləri bura Somali sahillərində çəkdikləri anti-quldur keşikçi reydindən gətirilib.

Hazırda Ədən şəhərində husi qiyamçıları ilə dövlət qüvvələri arasında döyüşlər davam edir. Ötən gün Səudiyyə Ərəbistanına aid hərbi təyyarələrinin raket zərbələrindən sonra husilər prezident sarayından çıxıblar.

Xatırladaq ki, Ədəndə son qarşıdurmalarda 500 nəfər həlak olub və 1700 nəfər yaralanıb.


Müəllif: