13 Aprel 2015 19:04
2 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşadığı şəhəri fahişələrdən təmizlədiyni iddia edən polisə ömürlük həbs cəzası verilib. O, fahişəliklə məşğul olan qadınları bıçaq və vintaçanla öldürürmüş.

Teleqraf.com “The Mirror”a istinadən xəbər verir ki, ailəsi 22 qadını ölümündə günahkar olan Mixail Popkovun günahsız olduğuna inandığını bildirib.


Törətdiyi cinayətlərlə Rusiyanı şoka salan Mixail Popkova "canavar adam" ləqəbi verilib.



Keçmiş polis olan Popkov 2012-ci ildə tutulub. Törətdiyi cinayətləri etiraf edən keçmiş polisə ömürlük həbs cəzası verilib.

“The Siberian Times”a açıqlama verən Elena Popkova “Ərimi dəstəkləyirəm və ona inanıram. Əgər bu gün sərbəst buraxılsa, tək bir kəlmə etmədən birlikdə yaşamağa davam edərəm. Bütün bu illər ərzində mənə heç bir zərəri dəyməyib. Onunla özümü güvəndə hiss edirdim" deyib.


Popkov təxminən 20 il qanundan qaçmağı bacarıb. Çünki polis şöbsində heç kim qatilin öz həmkarları ola biləcəyini zənn etməyib.


Qeyd edək ki, Popkov detektivlərin 3 min 500 polisdən DNT nümunəsi götürməsindən sonra 2012-ci ildə ifşa olunub.

Rüstəm


Müəllif: