Əfqanıstanda naməlum silahlılar “Sterling” minalardan təmizlənməsi üzrə özəl şirkətin əməkdaşlarını oğurlayıblar.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, rayonda girovların axtarışı əməliyyatı başlanılıb. Heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. Minaaxtaranların işə gedərkən qaçırıldığı qeyd edilib.
Qeyd edək ki, adı çəkilən şirkət dünyanın 39 ölkəsində minalardan təmizlənməsi üzrə əməliyyat keçirib.
Samir