11 May 2015 22:05
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın NATO-ya daxil olması Tiflis və Alyansa üzv 28 ölkənin qərarından asılı olacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

“Biz hər bir millətin, hər bir ölkənin öz yolunu seçmək kimi fundamental hüququnu dəstəkləyirik. Gürcüstanın NATO-ya daxil olmaq qərarını məhz rəsmi Tiflis və Alyansa üzv 28 ölkə verə bilər, hər hansı digər tərəf bu prosesə müdaxilə edə bilməz”, deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO və rəsmi Tiflis Gürcüstanın alyansa üzvlüyü fəaliyyətini davam etdirir.


Müəllif: