Vaşiqnton polisinin silahlı zabitlərinə ictimai ayaqyollarından istifadə barədə təlim keçilir.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, 2015-ci il ərzində polis zabitləri azı üç dəfə öz silahlarını tualetdə unudaraq çıxıblar.
Zabitlər intizam qaydasında tənbeh ediliblər. Hadisələrdən biri zamanı silahı uşaq tapıb. Konqres polisinin rəisi Kim C Dine millət vəkillərinə bildirib ki, silahlı zabitlərə tualetlərdən istifadə barədə təlimatlar verilir.
Konqres və ya Kapitoli polisinin vəzifəsi senatorları, konqresmenləri və Konqresin başqa işçilərini mühafizə etməkdir. Kapitoli polisi həmçinin Konqresin yerləşdiyi ətraf ərazinin də keşiyini çəkir.
Cənab Dine polislə bağlı bir neçə xoşagəlməz epizodla əlaqədar Konqresin İnzibati İşlər Komitəsi qarşısında hesabat verib. Rəis deyib ki, polisin öz silahını tualetdə qoyub çıxmasına heç bir vəchlə haqq qazandırıla bilməz.
O bildirib ki, belə “unutqanlıq” təkrar olunduğu halda zabit hətta işdən azad edilə bilər.
Rüstəm