28 İyul 2015 19:13
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-ə qarşı başladılan əməliyyatların ardından Ankarada sürpriz iclas keçirilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD və Əsədə qarşı vuruşan 20 Türkmən briqadasının nümayəndəsi MİT-in rəhbərliyi ilə araya gəlib.


Baş nazir Əhməd Davudoğlunun "Bundan sonra sərhədimizdə İŞİD-i görməyəcəyik. Necə edəcəyimiz bilirik" açıqlamasının detalları ortaya çıxıb.

Suriya şimalında və Hələb ətrafında olan müxalif Türkmən briqadaları bir araya gətirərək keçirilən iclasda başlıca məsələ isə Birləşmiş Türkmən Ordusu olub. Qurulması planlaşdırılan 5 min nəfərlik Birləşmiş Türkmən Ordusunun detalları dəqiqləşdirilib.

Bu ordunun əməliyyyatları TSK-a ilə əlaqəli şəkildə həyata keçirəcəyi iddia edilir. Türkmən Ordusu İŞİD-dən azad ediləcək bölgələrdə nəzarəti ələ alacaq. Artıq Birləşmiş Türkmən Ordusunun Baş Komandanı Əhməd Alban təyin edilib.

Hələb bölgəsində ən böyük üç briqada başda olmaqla yerli Türkmən birlikləri və digər qruplarda Sultan Murad Diviziyası adı altında toplanması gözlənilir.

Birləşmiş Türkmən Ordusunu Suriya daxilində və xaricində yaşayan Türkmənlərə "vətəninizi müdafiə edin" çağırışı edəcəyidə də bildirilib.

Rüstəm


Müəllif: