Rusiya döyüş təyyarələri İŞİD terror təşkilatının Suriyadakı mövqelərinə 18 hava zərbəsi endirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücumlar zamanı İŞİD-in 12 sığınacağı partladılıb. Bununla bağlı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, əməliyyatlarda "Su-25", "Su-34" və "Su-24M" tipli təyyarələrdən istifadə edilib. Konaşenkov qeyd edib ki, hücumlar zamanı terrorçuların bir neçə silah-sursat anbarı da dağıdılıb.
Samir