MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası gələn il aprelin 8-də Moskvada keçiriləcək.
APA-nın məlumatına görə, bu barədə şuranın ötən gün keçirilən iclasında qərar qəbul edilib.
İclasda MDB məkanında çoxtərəfli münasibətlərə dair aktual məsələlər, beynəlxalq gündəliyin əsas problemləri müzakirəyə çıxarılıb. BMT-nin 70 illiyi ilə və beynəlxalq terrorizmlə bağlı dövlət başçılarının bəyanatının layihəsi, həmçinin üzv ölkələrin dövlət başçılarının Çernobl AES-in 2016-cı ildə 30 illiyi ilə bağlı müraciətləri razılaşdırılıb və baxılması üçün gündəliyə salınıb.
Tədbirdə mədəniyyət və təhsil sahələrində əlaqələrin inkişafını nəzərdə tutan bir sıra sənədlər razılaşdırılıb. Nazirlər 2016-cı ildə MDB-nin 25 illiyi ilə bağlı tədbirlər planını müzakirə ediblər.
Görüşdə həmçinin hüquq-mühafizə, hərbi sahələrdə əməkdaşlıq müzakirə olunub.