"İŞİD terror təşkilatı ilə mübarizə üçün hücumları artırmaq vacibdir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Eşton Karter Senatın Silahlı Xidmətlər Komitəsinin iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bütün koalisiya dövlətləri bunun üzərində çalışmalıdır: "Türkiyə və ABŞ da daxil olmaqla bütün koalisiya ölkələri terrorçulara qarşı səylərini və hücumlarını artırmalıdır. Türkiyə sərhədlərində nəzarəti gücləndirməlidir. Bu ərazidən hər hansı keçid olmamalıdır. Səudiyyə Ərəbistanı və Körfəz ölkələri ilk gündən yalnız hava hücumlarında iştirak edirlər. Ancaq Yəməndə isə daxili müharibə zamanı həm havadan, həm də qurudan əməliyyat apardılar. Suriya və İraqda terrorçuları hava əməliyyatları ilə məğlub etmək çox çətin olacaq. Quru əməliyyatları vacibdir".
Karter qeyd edib ki, dünya ölkələrinin terrorçuluqla mübarizədə zunmüddətli müharibə gözləyir: "ABŞ İraq və Suriya ordusunda xüsusi təlim proqramını həyata keçirir. Terrorçuluqla mübarizə uzun müddət davam edə bilər. Bizi uzunmüddətli müharibə gözləyir".
Samir