21 Dekabr 2015 00:38
538

İsrail ordusu Livanın cənubuna hücum edib.


Axar.az xəbər verir ki, İsrail ordusunun məlumatına görə, Livandan İsrailə atılan 3 ədəd raketə cavab olaraq ölkənin cənubu top atəşinə tutulub.

Açıqlamada qeyd olunub ki, Livandan İsrailə qarşı bütün mümkün hücumlara görə Livan ordusu məsuliyyət daşıyır.

Raketlərin haradan və kim tərəfindən atıldığına dair məlumat verilməyib.


Müəllif: