25 Dekabr 2015 22:52
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə universitet professorunun kompyuterindən nələr çıxdı?

“Uşaq pornosu” topladığı üçün Türkiyənin Trakya Universitetinin professorunun barəsində istintaq başladılıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Federal Tədqiqat Bürosunun (FBI) “Uşaq pornosu”ilə bağlı verdiyi IP ünvanı professora məxsus oldub.

FBI Ədirnədə bir nəfərin kompyuterinə çoxlu sayda "uşaq pornosu" görüntüləri yüklədiyi haqqında Türkiyə polisinə məlumatı ötürüb. Aparılan araşdırma nəticəsində İP ünvanının Trakya Universitetinin professorun evindəki kompyuterə aid olduğu dəqiqləşib. Kiber Cinayətlərlə Mübarizə Şöbəsi məhkəmənin qərarı ilə evdə axtarış aparıb. Mütəxəssislər professorun evində çoxlu sayda “uşaq porno” görüntləri olan iki kompyuter aşkar edib. Hər iki kompyuter müsadirə olunub.

DHA müxbirinin istintaqla bağlı sualına professor " Dərsdəyəm" deyərək şərh verməkdən imtina edib.

Faktla bağlı araşdırma davam edir.

Ramal


Müəllif: